Qəbirdən uşaq çıxdı - Şok olacaqsınız

Qəbirdən uşaq çıxdı  - Şok olacaqsınız

Bir ata hamilə xanımını qoyub Allah yolunda döyüşə gedir. Qayıdanda həyat yoldaşının öldüyünü və dəfn edildiyini öyrənir. Məzarına getdikdə isə isə ibrətamiz bir hadisəyə şahid olur. Bu böyük Osmanlı üləmalarından olan Meyyitzadəyə adının verilməsi səbəbi olan ibrətamiz hadisə.
 
 
Meyyitzadenin atası igid bir əsgər idi. Bir çox cəngavər kimi o da Sultan 3-cü Məhmədin 1596-cı ildə düzəltdiyi Eğri Yürüşünə çağırılmışdı. Amma o əsnada xanımı hamilə idi və doğuş da xeyli yaxınlaşmışdı. Bununla bərabər Allah yolunda cihadı hər şeyin üstündə tutan cəngavər ata səfər hazırlıqlarına tədarük edib, hamilə xanımıyla mehribanlıq və məhəbbətlə halallaşdı. 
Ruhları coşduran nizə səsləri ilə indidən qəza həyəcanına qapılmışdı. Son dəfə nur üzlü, vəfalı və fədakar xanımına baxdı. Doğum zamanı yanında ola bilməyəcəyi üçün könlü nisgilli halda düşmənə qılınc yelləyəcək əllərini ədəblə Cənabı Haqqın ülvi dərgahına açdı. Gözlərinə yığılan mərhəmət damcıları arasında nəzir  etdi:
 
 
"İlahi! Sənin yolunda döyüşə gedirəm. Məlumdur ki, Səndən başqa kimsəm yoxdur! İlahi! Bu vəfalı  xanımdan doğulacaq olan övladımı Sənə əmanət edirəm. Mərhəmət və lütfünlə onu mühafizə eylə"!
 
 
Bundan sonra atına minən cəngavər ata  sürətlə gözdən itdi. Osmanlı ordusu ilə birlikdə Eğriyə çatıb düşmənlə aslan kimi döyüşdü. Nəticədə Allahın istəyi və icazəsi ilə Osmanlı ordusu qalib oldu. Komandirdən əsgərinə qədər bütün igidlər alınlarında şərəf və qələbədən hörülmüş çiçəklərlə o zamanlar bir adı da Dərsaadət (səadət qapısı) olan İstanbula qayıtdılar.
 
 
Qayıdıtdıqdan sonra dərhal komandanından icazə alan cəngavər ata da birbaş evinə getdi. Ancaq evə gələndə heç kimi görmədi. Halbu ki, ordunun qələbə ilə qayıtdığı xəbərini hər tərəfdə eşitmiş olduğundan xanımının evdə onu gözləyir olması lazım idi. Böyük bir maraq və təlaş içərisində dərhal ətrafdakı qonşularına qaçdı və xanımını xəbər aldı. Cəngavər atanı qarşılarında görən qonşular, nisgilli bir şəkildə:
 
 
"İgid! Allah qəzanı mübarək etsin və sizin ömrünüzə bərəkət ehsan eləsin" dedilər. Nəzərdə tutulan  həqiqəti anlayan ata  bir anda qəlbini bürüyən yandırıcı bir dərdin verdiyi iradəsizliklə: “xeyir, ola bilməz" deyə pıçıldadı və sonra astal bir səslə:
 
 
"Ola bilməz! Mən doğulacaq balamı kainatın Rəbbinə əmanət eləmişdim! O, mühafizə edənlərin ən yaxşısıdır" dedi. Bir müddət daxili bir sükut içində qaldı. Kədərli ata yanındakılara baxdı və içinə doğan bir ilhamla ucadan dedi: “Əlbəttə ki, mərhəmət sahibi olan Allah mühafizə edənlərin ən yaxşısıdır! Mənə Rəfiqəmin məzarını göstərin" dedi. 
 
 
Birlikdə qəbiristanlığa üz tutdular. Ata qəlbinin səsinə qulaq verərək bel və külüngünü də götürmüşdü. Qəbir ona göstərildikdə həyəcanla qulağını məzarın torpağına qoydu və dinləməyə başladı. Bir müddət sonra çığırdı: "Budur, körpəmin səsini eşidirəm"!
 
 
Dərhal məzarı  açmağa başladı. Onunla bərabər gələnlər də qəbirdən həzin-həzin yayılan uşaq səsini eşitdikləri üçün bu qüssəli ataya kömək etdilər. Qəbir tamamilə açıldığında ortaya çıxan mənzərə olduqca heyrətli və dəhşətli idi. 
 
 
Qəbirdə ölü anadan doğulmuş sağlam bir körpə var idi və anasının sinəsinə yapışmış bir vəziyyətdə dayanmışdı. Qazi ata dərhal balasını götürüb bağrına basdı. Onun çəhrayı yanaqlarına öpücüklər qondurdu,  uşaq oyandı. Sonra uşağı isti bir qundağa bələdi. Açılmış olan məzarı da xanımına "vida fatihə"si ilə təkrar bağladı. Hər kəs bu möcüzəvi və Rəbbani təcəlli qarşısında heyrət məqamında idi.
 
 
Böyük bir təzimlə Cənabı Allahı zikr edirdilər. Ata da  nəmli gözlərlə səcdəyə getmiş, xanımının vəfatına görə hüzn, övladına görə isə şükranlıq dolu bir könüllə Rəbbinə həmd edirdi.
 
 
Bu bala gözəl təhsil və tərbiyə içərisində böyüdü və şöhrəti bütün Osmanlı mülkünü bürüyən zahid bir alim oldu. 
 
 
Başından keçən bu möcüzəyə görə də hər zaman Meyyitzadə deyə çağırıldı. O Allah Təalaya mütləq və səmimi bir təslimiyyətin ibrətli və hikmətli bərəkətiydi.
 
 
Öz əmrinə səmimiyyət və ixlasla ram olan Həzrəti İbrahim  əleyhissəlamın odda yanmayan və Həzrət İsanı atasız yaradan Qadir Allah bu zatın da atasının ixlası bərəkətiylə ölü bir anadan doğulmasını buyurmuşdu. 
 
Qüdrət, güc, əzəmət yalnız Cənabı Allaha məxsusdur. Meyyitzadənin dəfn olduğu məzarlığa onun adına istinadən  "Meyyitzadə Qəbiristanlığı" deyilmişdir.
Xəbər 6227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR