Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb

Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb

Qəbələdə toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, faktla bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 200.3-cü (istehlakçıları aldatma və ya pis keyfiyyətlə məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, avqustun 5-də Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimində qidadan zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına (MRX) və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 75 nəfərə çatıb.
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, digərləri kişilər olub. Zəhərlənmə ehtimalı ilə müraciət edənlərin hamısına Qəbələ MRX-da lazımı yardım edilib. Gecə saat 02:00 radələrində xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb.
Hazırda xəstəxanada 2 nəfər qalıb.
Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb.
Xəstəxana gücləndirilmiş rejimdə işləyir.
Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR