"Qarabağ"ın qapıçısı: "Bayer 04"ə qalib gəlməyə və yolumuza davam etməyə çalışacağıq

  • İDMAN

"Qələbə qazanmağa və yolumuza davam etməyə çalışacağıq".
Aktual.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov "Matç TV"yə müsahibəsində Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer 04" klubuna rəqib olmaları barədə danışarkən deyib.
Rusiyalı qolkiper Leverkuzen təmsilçisinin çox yaxşı komanda olduğunu bildirib: "Daha əvvəl qrupda üz-üzə gəlməyimiz bir tərəfdən müsbət məqamdır. Bu kollektivlə tanışıq. Rəqib məğlubiyyətsiz oyunlar seriyasına malikdir və onlarda əlavə stimul var. Bu, "Bayer 04"dür. Onlara qarşı yaxşı mübarizə aparmaq lazımdır".
A.Lunyov 1/8 finalda mümkün rəqiblərdən ən çətini ilə üz-üzə gələcəklərini söyləyib: "Onlar turnirin favoritlərindən biridirlər. "Slaviya" (Çexiya) düşsəydi, daha asan olardı. Amma məncə, indiki mərhələdə zəif rəqib yoxdur".
Qeyd edək ki, "Qarabağ" ilə "Bayer 04" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək. Lunyov 2021-2023-cü illərdə Leverkuzen təmsilçisinin formasını geyinib.

Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR