"Qarabağ" - "Tottenhem" oyununun hakimləri bəlli oldu

  • İDMAN

Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” - “Tottenhem” oyununun hakimləri açıqlanıb.
Aktual.az-ın Apasport.az-a istinadən məlumatına görə, UEFA noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək V turun matçına yunanıstanlı hakimləri göndərəcək. Qarşılaşmanın baş hakimi Anastasios Sidiropulos olacaq. Ona Damianos Eftimiadis və Polkronis Kostaras kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lazaros Dimitriadis yerinə yetirəcək. Əlavə hakim köməkçiləri isə Mixael Kukulakis və Stavros Tritsonis olacaqlar.

UEFA nümayəndəsi kimi Bakıya avstriyalı Kristian Mutşler gələcək. Qarşılaşmanın hakim-inspektoru rusiyalı Yuri Baskakov olacaq.

Qeyd edək ki, Sidiropulos 2010-cu ildə UEFA Kubokunda “Buduçnost” – “Bakı” (1:2) və 2012-ci ildə 21 yaşlılar arasında Azərbaycan – İngiltərə oyununda (0:2) 4-cü hakim olub.

Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR