“Putin hərbi cinayətkardır” - Alman nəşri

“Putin hərbi cinayətkardır”   - Alman nəşri
  • DÜNYA

“Bild”: “Rusiya qadağan olunmuş bombalardan da istifadə edir...”

Populyar alman nəşri “Bild” Rusiya prezidenti Vladimir Putini hərbi cinayətkar adlandırıb. Tabloidin son sayında bu mövzuda gedən materialda bildirilir ki, “Rusiya ordusu təkcə Suriya diktatoru Bəşər Əsədə onun cinayətlərində köməklik göstərmir, eyni zamanda özü Suriyanın dinc əhalisinin bombalanmasında iştirak edir”.

Məqalədə daha sonra deyilir: “Bu həftə humanitar təşkilatlar Rusiya bombardmanlarından sonra Suriyada humanitar şəraitin kəskin pisləşdiyi haqda xəbərdarlıq ediblər. “TheWashingtonPost”un məlumatlarına görə, Rusiya bombardmanlarının intensivliyi Türkiyə tərəfindən “Su-24” təyyarəsinin vurulmasından sonra ciddi şəkildə artıb”. 

“Bild” ardınca yazır ki, aviazərbələrin hədəfi Suriya ilə Türkiyə arasındakı sərhəd keçidləri və qida məhsullarının su və dərman preparatlarının daşındığı avtomobil yollarıdır. “Belə ki, son 5 gündə mühüm keçid məntəqəsi olan Bab əl-Salam üç dəfə bombardmana məruz qalıb. Burada Suriyaya qida, benzin və digər ən çox ehtiyac duyulan məhsullar aparan yük maşınları cəmləşirdi. Nəticədə Suriyada yeni humanitar fəlakət yetişməkdədir” – qeyd edir humanitar təşkilatın regional rəhbəri MercyCorpsMakQret. Onun sözlərinə görə, Rusiya bombardmanlara başlayandan sonra Suriyaya göndərilməsi planlaşdırılan qida məhsullarının yalnız 1/5-ni yola salma mümkün olub”.

Nəşr daha sonra yazır: “24 noyabrdan (“Su-24” vurulandan –red.) sonra həmçinin, BMT-nin məruzəsinə görə, İdlib əyalətində Rusiyanın aviazərbələri nəticəsində Suriyada təxminən 200 min əhalini çörəklə təmin edən 10 çörəkbişirmə zavodu dağıdılıb. Bombardmanların başqa hədəfləri bir neçə dəyirman və buğda elevatorları olub. İŞİD-in nəzarətindəki Hələbdə isə sutəmizləyici qurğular bombalanaraq dağıdılıb – hərçənd, Rusiya bu obyekti İŞİD-un neft emal edən zavodu kimi qələmə verib”.

Daha betəri, “Bild” Rusiya hədəfləri qismində xəstəxanaların da olduğunufaktlarla təqdim edir: “BMT-də hesabatında qeyd olunduğu kimi, sentyabrln 30-dan etibarən (Rusiyanın Suriyada hava zərbələrinə başladığı tarix) ölkə ərazisində ən azı 20 tibb müəssisəsi yerlə yeksan edilib, onlardan 12-ci “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatından kömək alırdı. Təşkilatın özündə isə hesab edirlər ki, xəstəxanalar heç də təsadüfən zərbə hədəfləri seçilməyib. “Biz əlbəttə ki, buna tam əmin deyilik, ancaq bombaların xəstəxanalara və ya onların yanına düşən tezliyi bizdə şübhələr yaradır ki, xəstəxanalara məqsədli şəkildə hava zərbələri endirilir” – vurğulayır “Sərhədsiz həkimlər”in əməkdaşı PabloMarko”.

Alman nəşri Rusiyanın Suriyada qadağan edilmiş silah-sursatdan istifadə eləməsinə də diqqət yönəldib: “Bununla yanaşı, Rusiya Suriyada güclü vakuum və kaset bombalarından, o cümlədən RBK-500 SPBE-D-dən istifadə edir – hansılar ki, müşahidəçilərin bildirdiyinə görə, Rusiya hərbi əməliyyatlarabaşlayanadək Suriya ordusu tərəfindən tətbiq edilməyib”.

“Birincilər - vakuum bombalarıbütöv evləri küçələri ilə birgə məhv eləmək gücündədir. Kaset bombalarından istifadəni isə əksər beynəlxalq təşkilatlar, o cümlədən “Qırmızı Xaç”, “HumanRightsWatch”, “Amnestyİnternational” pisləyib. Üstəgəl, 2010-cu il üçün 87 ölkənin ratifikasiya elədiyi “Kaset silah sursatlarına dair” adlı Konvensiya qüvvəyə minib. Rusiya, Çin və ABŞ o sıraya qoşulmayıb” – sonda əlavə edir nəşr.

Aktual.az

Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR