Prezident yeni fərman imzaladı

Prezident yeni fərman imzaladı

"Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılacaq.

Aktual.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanda əksini tapıb.

Səhiyyə nazirinin müavini sosial şəbəkələrdə vaksinasiya ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib

Elektron portal Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseslərini elektronlaşdırmaq və təkmilləşdirmək, bu sahədə həyata keçirilən işlərin səmərəliliyini və şəffaflığını artırmaq məqsədilə yaradılacaq.

Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması, aşağıdakı tələblər nəzərə alınmaqla, bu Fərmanla yaradılan elektron portal vasitəsilə həyata keçiriləcək:

- satınalma şərtlərinə cavab verən və tələbata uyğun istehsal həcminə malik olan, elektron portalda qeydiyyatdan keçən istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi;

- satınalan təşkilatla istehsalçılar və ya satıcılar arasında müqavilələrin elektron portal vasitəsilə bağlanılmasının təmin edilməsi;

- istehsalçıların və satıcıların satınalma şərtlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə tədarük və təchizat agentinin monitorinqlər aparması və onların nəticələrinin elektron portalda yerləşdirilməsi;

- satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçıların və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakının məhdudlaşdırılması;

- satınalma şərtlərinə uyğun olan təkliflərə satınalan təşkilat tərəfindən baxılarkən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan yerli istehsalçılara üstünlük verilməsi.

- Kənd Təsərrüfatı Nazirliyi:

- bu Fərmana əsasən ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının elektron portal vasitəsilə avtomatlaşdırılmış qaydada həyata keçirilməsini və müqavilələrin "Elektron sənəd və elektron imza haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanılmasını 2022-ci il yanvarın 1-dən təmin etsin;

- istehsalçıların və satıcıların ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı satınalmalarda iştirakına, habelə satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçıların və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakının məhdudlaşdırılmasına dair inzibati reqlamenti üç ay müddətində müəyyən etsin;

Kənd Təsərrüfatı Nazirliyi bu Fərmanda nəzərdə tutulan elektron portalın yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə:

- elektron portalın fəaliyyətinin təmin edilməsi ilə bağlı "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq zəruri tədbirlər görsün;

- Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Xəbər 10870 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR