AB Türkiyə sərhədindəki yollarla bağlı İrəvana yardım edəcək

AB Türkiyə sərhədindəki yollarla bağlı İrəvana yardım edəcək

Avropa Birliyi Türkiyə ilə sərhəddəki nəzarət-buraxılış məntəqəsi istiqamətində yolların tikintisində Ermənistana konsultasiya yardımı göstərmək niyyətindədir.
Aktual.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib.
Onun sözlərinə görə, Axurik-Kayan və Marqara-Kayan istiqamətlərində yolların tikintisini nəzərdə tutan layihə Ermənistanın yol şəbəkəsini Türkiyə sərhədindəki keçid məntəqələri ilə birləşdirəcək.
Qeyd edək ki, Türkiyə-Ermənistan sərhədi 1993-cü ildən bağlıdır.
Xəbər 70 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR