ABŞ Ukraynaya silah verilməsinə dair qərar qəbul etməyib Ağ Ev

ABŞ Ukraynaya silah verilməsinə dair qərar qəbul etməyib      Ağ Ev

ABŞ hələ ki Ukraynaya silah verilməsinə dair qərar qəbul etməyib və Donbasdakı münaqişənin diplomatik yolla nizamlanmasına üstünlük verir.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib.

 

“Biz Ukraynada gərginliyin səngiməsi istiqamətində Avropadakı müttəfiqlərimiz ilə sıx əməkdaşlıq edir. Biz münaqişənin diplomatik yolla nizamlanmasına üstünlük veririk. Münaqişə döyüş meydanlarında deyil, danışıqlar masasında həllini tapmalıdır”, deyə C.Ernest bildirib.

 

Xatırladaq ki, martın 23-də ABŞ Konqresinin Nümayəndələr Palatası qətnamə qəbul edərək prezident Barak Obamanı Ukraynaya hərbi yardım göndərməyə çağırmışdı.


Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR