Tramp Zelenskiyə “vurmaması üçün” təzyiq edəcək

Tramp Zelenskiyə “vurmaması üçün” təzyiq edəcək
  • DÜNYA

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Vladimir Zelenski ilə görüşündə ABŞ Prezidenti Donald Tramp Rusiyanın neft emalı zavodlarına endirilən hücumlarla bağlı Ukrayna liderinə təzyiq göstərə bilər.

Aktual.az xəbər verir ki, bu barədə "Quardian” məlumat yayıb.

"Ukrayna həftəsonu Rusiyanın enerji sektoruna hücumlarını gücləndirib. Xüsusilə Moskva vilayətinə, o cümlədən yerli neft emalı zavoduna ən güclü zərbələrdən biri endirilib. Tramp isə artıq bütün dünyanın enerji qıtlığından əziyyət çəkdiyini və Ukraynadakı müharibənin bu vəziyyəti daha da ağırlaşdırdığını bildirib”, - məlumatda deyilib.

Qeyd edək ki, Zelenski və Tramp bu gün görüş keçirəcək.
Xəbər 36 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR