Polis borca görə 2 yaşlı azərbaycanlı uşağı yandırdı -Rusiyada

Polis borca görə 2 yaşlı azərbaycanlı uşağı yandırdı   -Rusiyada
  • DÜNYA

"40 min rublu qaytarmasam beş gün ərzində evimi yandıracaqlarını yazmışdılar"

Rusiyanın Ulyanovsk vilayətində azərbaycanlının evinə "molotov kokteyli" atan şəxs yaxalanıb.
Aktual.az-ın  APA-nın Rusiya bürosun-a istinadən  məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qəddar cinayəti törətməkdə təqsirli bilinən Dmitri. E. adlı şəxs tutulub.

Onun barəsində "Qəsdən adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Saxlanılan şəxsin keçmiş polis əməkdaşı olduğu, 2008-ci ildən Daxili İşlər Nazirliyi orqanından xaric olunduğu bildirilib.

Qeyd edək ki, yanvarın 27-də Ulyanovskda 45 yaşlı kişi azərbaycanlı Hüseynovlar ailəsinin evinə "molotov kokteyli" atıb. Nəticədə evdə olan iki yaşlı körpə Ruslan Hüseynov üz və çiyin nahiyəsindən ağır yanıq xəsarətləri alıb.

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR