Pirallahıda idman yarışı keçirildi

Pirallahıda idman yarışı keçirildi

Mayın 19-da Pirallahı rayon İdman Mərkəzində Azərbaycan Şorinjiryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının təşkilatçılığı ilə Daydo Juku Karate (KUDO) növü üzrə Azərbaycan Çempionatı keçirilmişdir.  
 
Yarışda bölgələrdən və paytaxtdan olmaqla 100-ə yaxın idmançı qüvvəsini sınayıb.

Yarışın məqsədi, ən güclü idmançıları seçib, İyun ayında İtaliyanın Roma şəhərində keçiriləcək Avropa yarışında ölkəmizi təmsil etmək idi. Yarışda İdmançılara stimul vermək üçün fəxri qonaqlar və Karate korifeyləri iştirak edib. Belə ki, qonaqların sırasında Azərbaycan CİU-Citsu Federasiyasının prezidenti Mirəli Seyidov, VKF prezidenti Yaşar Bəşirov: Full Kontakt Kiokuşin Karate Federasiyasının prezidenti Rafael Bünyadov, Vitse-prezidentlər Vəliyulla Bünyadov, Ənvər Xəzərxanov, Azərbaycan İdman Nazirliyinin nümayəndələri və Taekvondo üzrə dəfələrlə Avropa və Dünya çempionu Fəridə Əzizova idmançılara dəstək olmaq üçün təşrif buyurmuşdular.
 
Gərgin mübarizə şəraitində keçirilən yarışda idmançılar böyük əzmkarlıq nümayiş etdirdilər. Daha həvəsli və güclü olan idmançılar qalib gələrək medallar qazanıb. Kürsüdə yüksəkyerlər qazanmış idmançılar diplom və medallarla təltif olundu. Üstəlik, Avropa çempionluğu yarışına qatılacaq idmançıların adıbəlli olub.
 
Yüksək əhval-ruhiyyədə keçirilən İdman tədbirinin təşkilatçılarından olan Federasiyanın baş məşqçisi, Beynəlxalq dərəcəli Hakim, dəfələrlə Avropa, Dünya və Asiya çempionu, Dünya Kubokunun qalibi olmuş Nazim Mövsümzadə təəssüratlarını bizimlə bölüşdü: "Son vaxtlar bu İdman yarışınamaraq daha da artıb. Nəinki paytaxt Bakıda, hətta Bölgələrdə də gənclərimiz Karatenin bu növünə maraq göstərir. Həmçinin, idmançılarımız dəfələrlə Avropa və Dünya çempionatı yarışlarında ölkəmizi təmsil edib və medallar qazanıb. Belə ki, Dövlətimizin də xüsusi qayğısının hesabınadır ki, keçən il keçirilən həm Dünya, həm Avropa Çempionatında 2 idmançımız– Vüsal Əliyev və Sevinc Mövsümzadə qızıl medal qazandılar. Həmçinin, Səmədov Elbrus Avropa Çempionatının qızıl, İsmayılzadə Kənan isə gümüş medalına sahib oldular. Bu il  Maltada keçirilən uşaqlar arasında Avropa Çempionatında Mövsümzadə Zeynəb qızıl medal qazandı. Təbii ki, bütün bunları sadalamaqda məqsədim bu idman növünə olan marağın və qayğının son zamanlar daha artmasını nümayiş etdirməkdi. Bütün bunlara görə bizə dəstək olan Dövlər Qurumlarına, İdman Nazirliyinə və Federasiya rəhbərliyinə xüsusi təşəkkür edirəm”.

Orxan Ülvi












Xəbər 153 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR