Qırğızıstanın Sosial-Demokrat Partiyasının lideri, keçmiş prezident Almazbek Atambayevin oğlu Kadır Atambayev dörd il müddətinə azadlıqdan məhrum edilib.
Aktual.az xəbər verir ki, bu barədə Bişkekin Pervomaysk rayon məhkəməsi qərar qəbul edib.
"Kadır Atambayev dörd il müddətinə azadlıqdan məhrum edilib”, - məhkəmənin qərarında bildirilib.
Kadır Atambayev hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunurdu.
Qeyd edək ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev şərti olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib. Atambayev hazırda İspaniyada yaşayır.
Xəbər 60 dəfə oxunub.