Peskov: Rusiyanın elan etdiyi atəşkəs 8 və 9 mayda qüvvədə olacaq

Peskov: Rusiyanın elan etdiyi atəşkəs 8 və 9 mayda qüvvədə olacaq

Rusiya tərəfinin Ukraynanın mayın 6-dan qüvvəyə minən "sükut rejimi"nə heç bir reaksiyası olmayıb.
Aktual.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin 6 may gecə yarısından etibarən "sükut rejimi" barədə açıqlamalarına münasibət bildirərkən deyib.
Kreml sözçüsü vurğulayıb ki, Moskva tərəfindən elan edilən atəşkəs 8 və 9 mayda qüvvədə qalacaq.
Peskov Rusiyanın Ukrayna münaqişəsinin həlli üçün danışıqların və Vaşinqtonun bu prosesdə vasitəçilik etməyə davam edəcəyini gözlədiyini bildirib.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Yaxın Şərqdəki böhran səbəbindən amerikalı danışıqçılar hazırda digər məsələlərlə məşğuldurlar.
Peskov Kremlin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun ABŞ-a səfərinin məqsədi barədə məlumatsız olduğunu da qeyd edib.


Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR