Ermənistan rəhbərliyi iki ölkə arasında sərhəd rolunu oynayan Araz çayından qum çıxarılmasının yeni qaydalarını müəyyən edən xüsusi layihə üzərində işləyəcək.
Aktual.az-ın xəbərinə əsasən, bununla bağlı müvafiq qərar Nazirlər Kabinetinin cümə axşamı baş tutan iclasında təsdiqlənib.
İndiyədək həyata keçirilən nəzarətsiz qum çıxarılması prosesi çayın yatağının dəyişməsinə gətirib çıxarırdı ki, bu amil də dövlət sərhədi xətti üçün müəyyən təhlükələr formalaşdırırdı. Məhz bu səbəbdən hasilat işlərinin miqyasına məhdudiyyətlər tətbiq edilmişdi.
Bununla belə, inşaat sahəsində quma artan ciddi tələbat səbəbindən tikinti şirkətləri hasilatın yenidən əvvəlki həcmlərdə bərpa olunmasını tələb edirdilər.
Yekunda, hökumət çay yatağının təbii axarını pozmadan təhlükəsiz hasilata şərait yaradan standart layihənin işlənib-hazırlanmasını sifariş etməyi qərara alıb. Layihənin icrası üçün büdcədən 25.2 milyon dram (təqribən 66 min dollar) həcmində vəsait ayrılacaq (oxu.az)
Xəbər 46 dəfə oxunub.