ABŞ Ukraynaya 373,6 milyon dollar dəyərində uzaq mənzilli dəqiq idarə olunan bombaların satışını təsdiqləyib.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
Məlumata görə, paketə adi bombaları 70 km-dən idarə oluna bilən bombalara çevirən 1500-dən çox JDAM-ER dəsti daxildir.
Sifariş həmçinin sursatın texniki xidmət avadanlıqlarını, ehtiyat və təmir hissələrini, istehlak materiallarını, təmir və texniki xidmətlərini, silah proqram təminatını və ABŞ hökuməti və podratçılarının mühəndislik, texniki və logistika xidmətlərini əhatə edəcək.
Xəbər 50 dəfə oxunub.