Hücum edə bilərik, təcili bu şəhərdən çıxın! – Zaxarova

Hücum edə bilərik, təcili bu şəhərdən çıxın! – Zaxarova

Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuş bütün xarici diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə nota göndərilib.
Aktual.az globalinfoaz-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Biz Kiyevin 9 mayda Moskvaya ehtimal edilən hücumu ilə bağlı açıqlama yaydıq. Bu bəyanata son dərəcə həssas yanaşmaq lazımdır.
Kiyev rejiminin Qələbə Günü tədbirləri zamanı hücum ehtimalını nəzərə alsaq, Rusiya silahlı qüvvələrinin də cavab zərbəsi edirməsi mümkündür. Ona görə də diplomatik və digər nümayəndəliklərin, eləcə də vətəndaşların vaxtında Kiyevdən təxliyəsinə çağırırıq”, – deyə o bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl paradla bağlı xəbərdarlıq etmişdi.
Xəbər 53 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR