“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi Gəncədə yekun tədbirini keçirdi – FOTO-VİDEO

“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi Gəncədə yekun tədbirini keçirdi   – FOTO-VİDEO

"Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi adlı layihəyə Gəncədə yekun vurulub. Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi tərəfindən keçirilib.

"Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İB-nin sədri Anar Yusifoğlu bildirib ki, layihə gənc KİV işçilərinin peşə hazırlığının yüksəldilməsinə, internet media sahəsində onların nəzəri biliklərinin təcrübü bacarıqlara çevrilməsinə, şəbəkələşmə yolu gənc jurnalistlər arasında peşəkar və müasir jurnalistikanın tələblərinin təbliği və tədrisinə, media təhlükəsizliyinində milli maraqlar amilinə xidmət edir. A.Yusifoğlu bildirib ki, gənc jurnalistlərin peşəkarlığının artırılması üçün belə layihələri davam etdirəcəklər: "Layihə çərçivəsində ən müxtəlif innovativ təlim formalarından istifadə edilməklə və Azərbaycanın müvafiq jurnalist təşkilatları, nüfuzlu media mütəxxəssisləri ilə əməkdaşlıq şəraitində gənc KİV işçilərinin müasir jurnalistikanın internet təhlükəsizliyi mövzusunda biliklərinin təkmilləşdirilməsinə, onların peşə-təcrübə qabiliyyətlərinin daha da yüksəldilməsinə çalışdıq”.

14080990_569834906529699_1738701786_n

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov layihənin önəmini qeyd edərək bildirib ki, dövlət və ictimai maraqların müdafiəsinə hər bir siyasi, ictimai, yaradıcı təşkilat öz töhfəsini verməlidir. Dövlətimizin suverenliyini, təhlükəsizliyini qorumaq, milli maraqlarımızın müdafiəsinə çalışmaq hər kəs üçün əsas meyar olmalıdır. Xüsusilə də, jurnalistlərin dövlət və ictimai maraqların müdafiəsində rolu hər zaman diqqət mərkəzində olub. Müşfiq Cəfərov gənc jurnalistlərin peşə hazırlığının yüksəldilməsinə, onların nəzəri biliklərinin təcrübi bacarıqlara çevrilməsinə , şəbəkələşmə yolu gənc jurnalistlər arasında peşəkar və müasir jurnalistikanın tələblərinin təbliği və tədrisinə, media təhlükəsizliyinində milli maraqlar amilinə xidmət edən layihəyə uğurlar arzulayıb.

14089366_569834943196362_1872732212_n

Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov çıxış edərək, ölkədə kütləvi informasiya vasitələrinin inkişafı, söz, mətbuat azadlığının təmin edilməsi istiqamətində həyata keçirilən mühüm işlərdən danışıb. Bildirib ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənələri var. Tarixdə formalaşmış milli mətbuat ənənələrimiz bu gün də davam etməkdədir. Jurnalistlər bilavasitə xalqın haqq sözünü çatdıran, ictimai rəyə və şüurlara təsir imkanları olan adamlardır. Jurnalistika üçün ümumi olan elementar prinsiplərə riayət etmək hər bir mətbuat işçisinin sadəcə peşə borcudur. Medianın ən kütləvi təsir vasitəsi olduğunu nəzərə alsaq, bu cür layihələrin keçirilməsinin əhəmiyyəti böyükdür.

Tədbirdə newjournalism.az internet saytının təqdimatı da keçirilib.

Layihənin koordinatoru Aqil Ələsgər bildirib ki, gənc jurnalistlər newjournalism.az saytından həm nəzəri, həm praktiki bilgiləri ala, KİV haqqında qanunvericiliklə tanış ola biləcəklər.

10168248_569834929863030_581941370_n

Aqil Ələsgər qeyd edib ki, layihə çərçivəsində Azərbaycandakı nüfuzlu media qurumlarında, informasiya agentliklərində, xarici media təmsilçiləri ilə görüşlər keçirilib: "Gənclər Azərbaycanın peşəkar jurnalistəri, baş redaktorlarının bir başa iştirakı ilə keçirilən praktiki təlimlərdə xəbərin hansı formada hazırlanması, yazıların hansı formada hazırlanması, xəbərə, jurnalistikaya, araşdırmalara hansı aspektən yanaşılmalıdır suallarına cavab tapdılar. Özlərinin xəbər hazırlanmasında birbaşa iştirakını təmin elədik”.
Regionlarda çalışan gənc jurnalistlərin də peşəkarlığının artırılmasının vacibliyini vurgulayan A.Ələsgər bilirib ki, jurnalistika ixtisasına yiyələn tələbələr, məzunlar Bakda qalmamalıdılar: "Bunlar rayonlarda da fəaliyyətlərini davam etdirməli və əyalət mətbuatının inkişafına xidmət etməlidirlər, bu səbəbdən də bu yöndə fəaliyyətimizi davam etdiririk və sonuncu tədbirimizi keçirdirik. Biz bundan sonra da Azərbaycanda jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı fəaliyyətimizi davam etdirəciyik”.

Sonda iştirakçılara "Peşəkar Jurnalist” Virtual Təlim Mərkəzi layihəsi çərçivəsində hazırlanan kitab, disk, papaq və köynək paylanılıb.

Xatırladaq ki, "Peşəkar Jurnalist” Virtual Təlim Mərkəzi layihəsinin rəhbəri Anar Yusifoğlu, koordinatoru Aqil Ələsgərdir.

14055714_10208902162944090_861610254_n

Xəbər 2083 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR