Mən buradan HƏMAS terror təşkilatını və onun tərəfdarlarını - İrandan Ərdoğana qədər - xəbərdar edirəm.
Aktual.az xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrail Katz deyib.
"Əgər hətta bir israilli əsgər və ya mülki şəxs qaçırılarsa, Qəzza şəhəri, oradakı evlər və "terror qüllələri” ilə birlikdə bir milyondan çox sakin cənuba təxliyə ediləcək.
Qəzza şəhərinə də Rəfah, Beyt Hanun və Qəzza zolağı ərazisinin 70 faizinə tətbiq edilən tədbirlər həyata keçiriləcək və girovlar geri qaytarılana qədər bu proses davam etdiriləcək”, - o bildirib.
Xəbər 70 dəfə oxunub.