Partiya sədrləri nə qədər içki içir? - SORĞU

Partiya sədrləri nə qədər içki içir?  - SORĞU

Hansı partiya sədri nə qədər içir? - SORĞU
“Toylarda da çalışıram ki, az içim”.

Dünyanın bir çox ölkələrində spirtli içkilərin satışında müəyyən məhdudiyyətlər qoyulub. Amma bununla yanaşı, dünyada hər il içki istehlakı artmaqda davam edir. Spirtli içkilər sağlamlığa zərərli olsa da, insanlar ondan istifadə etməkdən çəkinmirlər. Xüsusən də əlamətdar hadisələrin ayrılmaz elementinə çevrilmiş spirtli içkilər bir çox xalqların adət-ənənələrinin də ayrılmaz tərkib hissəsidir.

Dünyanın bir çox tanınmış siyasətçiləri arasında da spirtli içkilərə meylli olanlar var. İnternetdə onların məclislərdən çəkilmiş şəkillərinə rast gəlmək olar.

Aktual.az modern.az saytına istinadən yerli partiya sədrlərinin spirtli içkiyə münasibətlərini təqdim edir.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Ümumiyyətlə, içkilərə meylli deyiləm. Həm belə içkilərə qarşı allergiyam var, həm də namaz qıldığım üçün istifadə etmirəm. Bir sözlə, mənim spirtli içkilərlə heç bir əlaqəm yoxdur”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu:

“İndiyə kimi spirtli içkinin dadına belə, baxmamışam”.

Ümid Partiyasının sədri İqbal Ağazadə:

“Mən spirtli içki içmirəm”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər:

“Spirtli içkilərdən demək olar ki, nadir hallarda istifadə edirəm. Amma içən biri deyiləm”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə:

“Artıq 10 ildən çoxdur içkini atmışam”.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə:

“Spirtli içkilərdən o qədər də istifadə etmirəm. Toylarda da çalışıram ki, az içim”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn:

“Ümumiyyətlə, spirtli içki içmirəm”.

/ Aktual.az

Xəbər 1016 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR