"Onun bu vəziyyətdə görünməyini istəmirəm" - Kərimin çəkilişinə icazə verilmədi


Ötən gün ölüm xəbəri yayılan meyxanaçı Ağakərimin (Kərim Novruzov) ailəsi onun görüntülənməsini istəməyib.

Aktual.az xəbər verir ki, Baku.TV sənətçinin evinə yollanıb. Onlar meyxanaçının bu halda görüntülərinin yayılmasını istəməyiblər. Onlar çəkiliş komandasını evə buraxmayıblar.

Meyxanaçının övladı Kamil Kərimoğlu "Övladı olaraq onu kiminsə bu vəziyyətdə görməyini istəmirəm. Yataq xəstəsidir, ayaqları tutmur. Huşu gedir-gəlir. Yemək yeyir, müalicəsi davam edir. O, öz aləmində yaşayır" sözlərini bildirib.

Qeyd edək ki, Ağakərim Novruzov 2017-ci ildə beyin insulti keçirib.
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR