Növbəti iqtidar-müxalifət görüşünün vaxtı məlum oldu Açıqlama

Növbəti iqtidar-müxalifət görüşünün vaxtı məlum oldu  Açıqlama

İqtidarla müxalifət arasında növbəti görüşün tarixi məlum olub.

Aktual.az xəbər verir ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə “Report”a açıqlamasında bildirib ki, görüş Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi ilə mayın 15-də saat 10:00-da baş tutacaq.


Xatırladaq ki, iqtidarla müxalifətin sonuncu görüşü fevralın 12-də keçirilib. Görüşdə iqtidar tərəfdən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Azərbaycan Vahid Kommunist Partiyasının sədrinin birinci müavini Musa Tukanov və Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov iştirak edib.

“Azadlıq-2015" seçki blokundakı müxalifət partiyalarına da mayın 15-də saat 10.00-da hakimiyyət təmsilçisi Əli Həsənovla görüşün olacağı barədə dəvət gəlib. Blokun üzvü olan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin ”Yeni Müsavat"a verdiyi xəbərə görə, Prezident Administrasiyasından ona zəng edilib və görüşün dəqiq vaxtı barədə məlumat verilib, dəvət olunub.

Görüşdə müzakirə olunacaq mövzu barədə isə P.Hüseyn hər hansı fikir bildirmədi: “Mayın 13-də blokun Sədrlər Şurasının toplantısı olacaq və görüşlə bağlı məsələ müzakirə olunacaq. Bundan sonra məsələlərə aydınlıq gələcək”.

Blokda təmsil olunan KXCP-nin sədri Mirmahmud Mirəlioğlu da bildirdi ki, ona zəng edilib görüşün vaxtı barədə məlumat verilib: “Blokdakı partiyaların sədrlərinin mayın 13-də toplantısında müzakirə edib dəyərləndirəcəyik, mövqeyimizi bildirəcəyik”.

Xəbər 614 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR