Niyə İlham Əliyev? - Sahib Alıyev

Niyə İlham Əliyev? - Sahib Alıyev

Əziz dostlar, bildiyiniz kimi aprelin 11-də keçiriləcək prezident seçkisiylə bağlı təbliğat-təşviqat kampaniyasına start verilib. Azərbaycan elə də böyük ölkə olmadığından, az qala hamı hamını tanıdığından, bu 25 ildə 250 ildə baş verə biləcək proseslərdən keçdiyimizdən çoxumuz artıq kimə səs verəcəyimizi bilirik. Və əminəm ki,  mənim kimi kimə səs verəcəklərini bilənlərin çoxunun da seçimi cənab İlham Əliyevdir. 
Niyə İlham Əliyev? Bu gündən başlayaraq  burada cəmisi bir-iki cümləylə öz düşüncələrimi bölüşəcəyəm. Yəqin əksər dostlarla fikirlərimiz üst-üstə düşəcək. Beləliklə, seçimim nə üçün cənab İlham Əliyevdir?

1. Mən ona görə İlham Heydər oğlu Əliyevə səs verəcəyəm ki, hamımızın fəxr etdiyimiz cağdaş Azərbaycanımız  bizim üçün mirasdırsa, onun üçün Əmanətdir. Bu dövləti quranın,  Böyük Heydər Əliyevin, Atasının Əmanətidir! Fikrimcə, bu Əmanətin qorunmasında heç kim cənab İlham Əliyev qədər həssas ola və bunun məsuliyyətini dərk edə bilməz! 
2. Mənim seçimim ona görə cənab İlham Əliyevdir ki, nə regiondan kənardakı, nə də regiondakı böyük güclər burada lider dövlət rolunda Azərbaycanı görmək istəmədikləri halda o bunu etməyi bacardı. Azərbaycanı regionun liderinə və bu liderliyilə hamının hesablaşdığı ölkəsinə çevirdi.
3. Bir anlığa təsəvvür edin ki, dünya dediyimiz 195 dövlətin olduğu planet yox, 195 evlik bir kənddir. Elə bir kənd ki  kim güclüdür  gedib gücsüzün evinə girir, altını-üstünə çevirir, orada yaşayanları əsir-yesir edir, bir-birinə qarşı qoyur, öldürür, didərgin salır. 
İndi görün bu kəndin ən təhlükəli məhəllələrindən birində yerləşən Azərbaycan adlı evimizi qorumaq, içində bir çoxlarında qibtə doğuran əmin-amanlıq yaratmaq, qolu zorlulara boyun əyməmək,  burada da qarışıqlıq salmağa çalışanlara yerlərini göstərmək nə qədər çətindir.
Düz 15 ildir ki,  cənab İlham Əliyev bütün bu təhlükələrin öhdəsindən mətanətlə və ləyaqətlə gəlib,  Azərbaycan adlı evimizin başçısı olaraq ən çeşidli yollarla  buradakı əmin-amanlığımıza, təhlükəsizliyimizə uzanan əlləri kəsib.
Elə bu səbəbdən də başçımız olaraq yenə onu görmək istəyirəm və 11 apreldə mən cənab İlham Əliyevə səs verəcəyəm!
4. Mən ona görə yenidən İlham Əliyevə səs verəcəyəm ki, onun kimi liderlər indi dünyada barmaqla sayılacaq qədər azdır. Çünki cənab İlham Əliyev o liderlərdəndir ki, gücün siyasəti ilə deyil də, siyasətin gücüylə ölkəsini idarə edir, irəliyə aparır.  
5. Aprel  döyüşlərində ən önəmli olan heç də Lələ təpə qarışıq bir çox yüksəkliklərin ələ keçirilməsi, işğal altındakı topraqların bir bir hissəsinin azad edilməsi deyildi. Ən önəmlisi və ən çətini "Dağlıq Qarabağ probleminin savaş yoluya həlli mümkünsüzdür" söyləməklə həm regiondakı, həm regiondan qıraqdakı bütün böyük dövlətlərin açıq şəkildə belə bir əməliyyatın əleyhinə çıxmalarına baxmayaraq onu başlatmaq və nəticələrini də həzm etdirmək idi. 
Bunun üçün qorxmazlıq, dəmir iradəylə yanaşı, böyük diplomatik bacarıq, uzaqgörənlik, veriləcək reaksiyaları, harada dayanmaq lazım gəldiyini dəqiliklə müəyyənləşdirmək, nəyi, nə zaman etməyi, hayların havadarlarını necə susdurmağı bilmək gərəkirdi. 2016-cı ilin aprelində biz bütün bu keyfiyyətlərin məhz cənab İlham Əliyevdə cəmləşdiyini gördük. 
Qarşıdakı illərdə də  belə bir Prezidentimiz və Ali Baş Komandanımız olsun deyə mən 11 aprel seçkisində ona səs verəcəyəm!
6. Hər hansı bir dövlətin müstəqil siyasət yeritməsi üçün gərəkən iqtisadi potensialı olmalıdır. Ancaq  iqtisadi baxımdan Azərbaycandan güclü xeyli dövlət  var ki, onların çoxu heç də  müstəqil siyasət yeridə bilmirlər. Çünki həmən dövlətlərin  başında cənab İlham Əliyev kimi milli maraqları hər şeydən üstün tutan cəsarətli, təcrübəli və iradəli lider durmur. Məhz ona görə də  11 apreldə  mən  ona səs verəcəyəm! 
7. Bu 14 ildə  bir dəfə görmədim ki, o, nəyisə edəcəm deyib etməsin. Bir dəfə olsun belə dilindən populistcəsinə nəsə səslənmədi. 
Sözünə and kimi yanaşdığından, əməli sözüylə, sözü potensialıyla üst-üstə düşdüyüyndən mən cənab İlham Əliyevi yenə də ölkəmin Prezidenti olaraq görmək istəyirəm və 11 apreldə bu istəyimi öz səsimlə təsdiqləyəcəm! 
8. "Azərbaycan heç bir zaman indiki kimi güclü olmayıb",-bu, cənab İlham Əliyevin fikridir və faktdır. O da faktdır ki, ən azı son 200 ildə  regionun digər xalqları azərbaycanlılara da heç vaxt indiki kimi qibtəylə yanaşmayıblar. 
Ölkəmizin regionda liderə, azərbaycanlıların isə qibtə doğuran xalqa çevirilməsində böyük rolu olan cənab İlham Əliyevi mən yenə də dövlətimizin başında görmək istəyirəm və 11 apreldə ona səs verəcəyəm! 
Xəbər 6444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR