"Neftçi"nin daha bir futbolçu dünyasını dəyişib

  • İDMAN

"Neftçi" klubunun veteran futbolçusu Valeri Hacıyev 75 yaşında ikən vəfat edib.


Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, V.Hacıyev uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mərhum yanvarın 9-da Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.
Qeyd edək ki, Valeri Hacıyev "Neftçi"nin 1966-cı il SRRİ çempionatında bürünc medal qazanan heyətində yer alıb. Hazırda həmin heyətdən yalnız Kazbek Tuayevlə Yaşar Babayev qalıb. V.Hacıyev baş məşqçi kimi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasında çalışıb.

Xəbər 570 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR