"NATO Rusiya ilə silahlı qarşıdurmaya hazırlaşır" - Zaxarova


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun əsas məqsədinin Avropa qitəsini hərbiləşdirmək, müdafiə potensialını artırmaq və Rusiya ilə silahlı qarşıdurmaya hazırlaşmaq olduğunu iddia edib.

Aktual.az  xəbər verir ki, Zaxarova iyulun 7-8-də Ankarada keçirilən NATO Zirvəsi ilə bağlı yazılı açıqlama yayıb.

O bildirib ki, NATO-nun Baş katibi Mark Rütte sammiti Alyansın tarixində "dönüş nöqtəsi" kimi təqdim etməyə çalışsa da, toplantı heç bir ciddi nəticə verməyib.
Rusiya XİN sözçüsünün iddiasına görə, sammit zamanı NATO üzvləri arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmayıb.

Bizi Instagramda izləyin< Onun sözlərinə görə, Avropa ölkələrinin və Kanadanın rəhbərləri Vaşinqtona sadiqlik nümayiş etdirməyə və məsuliyyət daşıdıqlarını göstərməyə çalışsalar da, bu addımlar tərəflər arasındakı "çatları" aradan qaldırmayıb.

Zaxarovanın bu açıqlamaları Rusiya tərəfinin mövqeyini əks etdirir. (manset.az)
Xəbər 67 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR