Şərqi Avropada NATO-nun “Müttəfiqlik qalxanı” adlı genişmiqyaslı təlimləri başlayıb.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, təlimlərdə alyansa üzv olan 19 ölkədən və 3 tərəfdaş ölkədən 15 mindən çox hərbçi iştirak edir.
“Təlimlər müdafiə xarakteri daşıyır, cənub və şərq istiqamətlərdəki təhlükələrlə bağlı NATO-nun təhlükəsizliyinin möhkəmləndirilməsinə dair tədbirlərin bir hissəsidir. Təlimlər operativliyin, habelə alyans ölkələrinin və tərəfdaşlarının döyüş hazırlığının artırılmasına istiqamətləndirilib”, deyə məlumatda bildirilir.
Təlimlər iyunun 28-dək davam edəcək və Baltikyanı ölkələr, Polşa və Rumıniya ərazisini əhatə edəcək.
Aktual.az