Natiq Əliyevin nəşi Bakıya gətirildi

Natiq Əliyevin nəşi Bakıya gətirildi

İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi Bakıya gətirilib.

Aktual.az  apa-ya istinadən xəbər verir ki, cənazə vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə aparılıb.

Vida mərasiminin ardından N. Əliyev bu gün Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.
 
Aktual.az
Xəbər 715 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR