Yardımlıda mal-qara oğurlayanlar saxlanıldı

Yardımlıda mal-qara oğurlayanlar saxlanıldı

Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar.
Bu barədə Aktual.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Məlumata görə, Yardımlı rayon sakini olan iki nəfər yaşadıqları kəndin ərazisindəki örüş sahəsindən iki baş inəyin oğurlanması barədə polisə məlumat verib.
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Baloğlanlı və tanışı Ş.Əliyev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar aparılır.
Xəbər 105 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR