Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Aktual.az DİN-ə istinadla xəbər verir ki, narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Ədalət Qədimovdan 22 kiloqram 210 qram marixuana, 44 yaşlı Elvin Əhmədovdan 29 kiloqram 770 qram marixuana, 39 yaşlı Günel Tağıyeva və tanışı, 45 yaşlı Aydın Qurbanovdan isə 18 kiloqram 615 qram marixuana aşkarlanıb.
Son əməliyyatlar nəticəsində ümumilikdə 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbər 50 dəfə oxunub.