Namiq Ələskərovun keçmiş klubu dağılır

Namiq Ələskərovun keçmiş klubu dağılır
  • İDMAN

Türkiyənin "Bursaspor” futbol klubu fəaliyyətini dayandıra bilər.
Aktual.az xəbər verir ki, bu barədə II Liqa təmsilçisinin prezidenti Rəcəb Günay mətbuat konfransında məlumat verib.
Funksioner bildirib ki, tarixi klub dağılmaq təhlükəsi ilə üz-üzə qalıb:
"Bursaspor”un 1,5 milyard lirə borcu var. Kluba transfer qadağası qoyulub. Yeni oyunçular ala bilmirik. UEFA və İdman Arbitraj Məhkəməsinə müraciət etmişik. Çıxarılacaq qərar əleyhimizə olarsa, xallarımız silinəcək. Klubun fəaliyyətini davam etdirmək şansı sıfıra bərabərdir”.
Qeyd edək ki, "Bursaspor” klubu 1963-cü ildə yaradılıb. Komanda 1986-cı ildə Türkiyə Kubokunun, 2009/2010-cu illər mövsümündə isə Superliqanın qalibi olub. Azərbaycan millisinin və "Sabah”ın yarımmüdafiəçisi Namiq Ələskərov 2021/2022-ci illər mövsümündə Bursa təmsilçisinin formasını geyinib.
Xəbər 201 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR