Nadir Qafarzadə şəhidin haqqında görün nələr dedi

Nadir Qafarzadə şəhidin haqqında görün nələr dedi

Tərtərdə gedən döyüşlərdə şəhid olan Novruzov Ravil Elman oğlu müğənni Nadir Qafarzadənin dayısı nəvəsi imiş.

Milli.Az bildirir ki, bu barədə lent.az-a ifaçının özü məlumat verib. O, bildirib ki, gözü önündə böyüyən dayısı nəvəsinin ölümünə inana bilmir: "Neçə-neçə ailələr gözüyaşlı qaldı. Mənim gözümün önündə böyüyən dayım nəvəsi də şəhid oldu. Buna inana bilmirəm. Amma şəhidlik zirvəsinə qalxmaq hər bir oğula nəsib olmur. İnanıram ki, onların qanı yerdə qalmayacaq. Mən bir müğənni kimi bu gün üzərimə düşəni etməyə çalışıram. Ötən gün prodüser Tolikin təşəbbüsü ilə rəqqasə Fatimə Fətəliyeva, müğənnilər Elton Hüseynəliyev, Aysel Əlizadə, Zemfira İbrahimova və digər həmkarlarımla birgə cəbhə bölgəsinə getdik. Əsgərlərə dəstəyimizi bu cür göstərdik. Şəhidlərin ailələrinə başsağlığı verdik. Mənim evimdə gələcəyin iki əsgəri böyüyür. Onların da gələcəkdə vətənə layiqli övlad olması üçün əlimdən gələni edirəm. Övladları şəhid olan hər bir ailəyə də başsağlığı verirəm. Vətənin başı sağ olsun".

// Aktual.az

Xəbər 13313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR