Müdafiə Nazirliyində AŞPA nümayəndəsi ilə görüş keçirilib

Müdafiə Nazirliyində AŞPA nümayəndəsi ilə görüş keçirilib

 Avropa Şurasının Parlament Assambleyasının Siyasi Əlaqələr Komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Müdafiə Nazirliyində olub.

 

Aktual.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev münaqişə bölgəsində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədilə Azərbaycanda ikigünlük səfərdə olan qonağa regiondakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məlumat verib.

 

Görüşdə  R. Valteri maraqlandıran bir sıra suallar ətraflı cavablandırılıb.


Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR