Moskvada Türkiyə səfirliyi daş-qalaq edildi

Moskvada Türkiyə səfirliyi daş-qalaq edildi
  • DÜNYA

Bir qrup şəxs Moskvada yerləşən Türkiyə səfirliyinə hücum edib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, etirazçılar səfirliyin binasını daş-qalaq ediblər.

“Səfirlik ərazisində xeyli daş, şüşə qırıntılar var. Binanın pəncərələri sındırılıb, hər yerdə boya izləri var”, - deyə hadisə yerində olan jurnalist bildirib.

Hazırda səfirliyin binasının qarşısında bir neçə polis dəstəsi keşik çəkir. Onlar səfirliyə gedən yolları bağlamağa çalışırlar.

Məlumatda qeyd olunur ki, səfirliyin yaxınlığında qara papaq və gödəkçə geyinən bir qrup gənc dayanıb.

Xəbər 496 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR