Moskvada planlaşdırılan terrorun qarşısı alınıb

Moskvada planlaşdırılan terrorun qarşısı alınıb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti İŞİD qruplaşmasının "yatmış” yuvasının Moskvada terror aktları planlaşdıran dörd üzvünü həbs edib.

Aktual.az Azərtac-a istinadən xəbər verir ki, Novıy Urenqoy şəhərindən gələn həmin qrup Moskva regionunda rezonans doğuracaq terror aktları seriyası həyata keçirmək niyyətində olub.
Qurumdan bildiriblər ki, ekstremistlərin fəaliyyətinin koordinasiyası Suriya ərazisindən "Telegram” messenceri vasitəsi ilə həyata keçirilirmiş. Federal Təhlükəsizlik Xidmətinin Novıy Urenqoyda keçirdiyi xüsusi əməliyyat nəticəsində hadisə ilə əlaqədar 20 nəfər saxlanılıb.

Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun sözlərinə görə, ötən il ölkə ərazisində 4 terror hadisəsi baş verib, 25 terror cəhdinin qarşısı isə alınıb.

 
Aktual.az
Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR