Misirdə fövqəladə vəziyyətin müddəti uzadıldı

Misirdə fövqəladə vəziyyətin müddəti uzadıldı

Misir prezidenti Əbdül Fəttah əs-Sisi ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay müddətinə uzadılması barədə fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, fərmanda aprelin 14-dən başlayaraq bütün ölkə ərazisində fövqəladə vəziyyətin elan olunduğu bildirilir.
Ölkə başçısının fərmanına əsasən, Misirin bütün ərazisində terrorla mübarizə və təhlükəsizliyin təmin edilməsi üçün hərbi güvvələrə və polisə bütün səlahiyyətlər verilir.Xatırladaq ki, ölkədə fövqəladə vəziyyət keçən ilin aprelində Tanta və Aleksandriya şəhərlərindəki xristian kilsələrində terror aktları baş verəndən sonra elan edilib.

Aktual.az
Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR