Millimizin rəqibləri bəlli oldu

Millimizin rəqibləri bəlli oldu
  • İDMAN

İsveçrənin Nyon şəhərində 17 yaşadək qızlardan ibarət komandalar arasında 2017-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkü atılıb.

Aktual.az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi 3-cü qrupa düşüb. Millimizin bu qrupdakı rəqibləri Polşa, Macarıstan və Estoniya yığmalarıdır.

Qrup mərhələsinin oyunları 2016-cı il avqustun 1-dən oktyabrın 31-dək keçiriləcək. Hər qrupda ilk 2 yeri tutanlar və ən yaxşı göstəriciyə malik 3-cü yerin sahibi 24 komanda İspaniya ilə birgə elit-raunda yüksələcək. Final mərhələsi isə 8 komandanın iştirakı ilə Çexiyada təşkil olunacaq.

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR