Messiyə görə "müharibə"

Messiyə görə
  • İDMAN

"Barselona" və Argentina Futbol Federasiyası Messi ətrafında fikir ayrılığı ilə üzləşib.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, 2018 mundialının seçmə mərhələsinin ilk 2 oyununda cəmi 1 xal qazanan Argentina noyabrın 10-da Braziliya ilə matçda Messinin köməyindən istifadə etmək fikrindədir. Lakin "Barselona" tərəfi ulduz futbolçunun reabilitasiya müddəti başa çatmadan meydana çıxmasına qarşıdır. Katalon klubu onun zədəsini yeniləməsindən ehtiyat edir.

Qeyd edək ki, Messinin noyabrın 21-də baş tutacaq "El Clasico"da iştirakı gözlənilir.

Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR