Mask 2 yaşlı oğlunu işə aparır - Fotolar

Mask 2 yaşlı oğlunu işə aparır - Fotolar

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask müğənni Qraymsdan olan 2 yaşlı oğlu X Æ A-12A-nın yeni fotolarını paylaşıb.
Aktual.az Axşam.az-a istinadən xəbər verir ki, şəkillər iş adamının yeni aldığı Tviter şirkətinin San-Fransisko Baş Qərargahında lentə alınıb. 
Şirkət əməkdaşlarının sözlərinə görə, atası iclaslarda olarkən uşaq tez-tez şirkətin dəhlizlərində qaçır. Hətta otaqların bir neçəsi onun üçün oyuncaqlarla doldurulub.
Xatırladaq ki, Maskla Qrayms 2021-ci ilin sentyabrında ayrılıblar. Onların qısaca Y adlandırdığı surroqat anadan dünyaya gələn Exa Dark Sideral Mask adlı qızı da var.
Ümumilikdə, biznesmenin doqquz - keçmiş həyat yoldaşı Castin Uilsondan beş övladı, işçilərindən biri Şivon Zilisdən isə əkizləri var.








Xəbər 6652 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR