Komanda uduza bilər, lakin baxır necə.
Bunu
Aktual.az-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
O, Millətlər Liqasının İsveçlə səfər matçındakı böyükhesablı məğlubiyyət barədə danışıb:
"Hələ də məğlubiyyətin şokunu yaşayırıq. Nə deyəcəyimi bilmirəm. Yanlış ifadə işlətməkdən də qorxuram. Əslində, komanda uduza bilər, lakin baxır necə. Nə oyun qura bildik, nə də rəqibin hücumlarının qarşısını ala bildik. Məğlubiyyətə görə məsuliyyəti futbolçu olaraq üzərimə götürürəm”.
Qeyd edək ki, "Stroberri Arena”da baş tutan C Liqasının matçında Azərbaycan yığması səfərdə İsveçə 0:6 hesabı ilə uduzub.
Xəbər 159 dəfə oxunub.