“Lunaçekin ermənilərlə bağlılığı sirr deyil” Bahar Muradova

“Lunaçekin ermənilərlə bağlılığı sirr deyil”  Bahar Muradova

“Avropanın ayrı-ayrı ölkələri ilə ikitərəfli münasibətlərimizdə müəyyən mövqe fərqləri istisna olmaqla, həll edilməyən problem yoxdur. Amma çox təəssüf ki, ən müxtəlif maraqlara, dairələrə və qüvvələrə xidmət edən, bağlı olan ayrı-ayrı şəxslər öz ölkələrində istədiklərini edə bilməyəndə beynəlxalq təşkilatlarda bir araya gələrək ayrı-ayrı ölkələrə qarşı hədəflərini reallaşdırmaq istəyirlər”. 

Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova iyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti və Avropa Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və bir sıra avropalı parlamentarların qurumun sessiyasının açılış iclasına Azərbaycanda həbs edilmiş hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılmalarına münasibət bildirərkən deyib. O bildirib ki, U. Lunaçek və ətrafı da bu qəbildən olan şəxslərdir: “Eyni zamanda onların bu çağırışlarını bütövlükdə Avropa Parlamentində təmsil olunan ölkələrin və şəxslərin hamısının mövqeyi hesab etmək olmaz. Bu, bir qrup insanın mövqeyidir ki, bunlar Avropa Parlamentində əvvəldən də bizə çox yaxşı tanışdırılar".

B. Muradovanın sözlərinə görə, Avropa Parlamentinin missiyasından özlərinin maraqları üçün istifadə edən qruplar var ki, Lunaçek də onların ən fəalıdır: “Onun Azərbaycana münasibəti yalnız bizim ölkədə "insan haqları"nı qorumaq hədəfinə söykənmir. Onun ermənipərəst qüvvələrə, dairələrə bağlılığı artıq sirr deyil. Bundan əvvəl də onun Azərbaycana və Türkiyəyə qarşı erməni layihələrinə dəstək verməsi ilə bağlı konkret faktlar var”.

Milli Məclisin sədr müavini qeyd edib ki, Avropa Oyunları ərəfəsində insanlar, xalqlar, dövlətlər arasında sülhə, əmin-amanlığa, təhlükəsizliyə, mədəniyyətlərdən qarşılıqlı bəhrələnməyə şərait yaradan belə tədbirlərdən yararlanmağı bir kənara qoyaraq bunu siyasiləşdirməyə cəhdi göstərənlər var: “Avropa Parlamentində növbəti bu kimi cəhdin şahidi olduq. Biz buna çox təəssüf edirik. Bu və ya digər siyasi hədəflərinə çatmaq üçün Avropa Oyunlarından siyasi alət kimi istifadə edirlər ki, bu, qətiyyən yolverilməzdir. Azərbaycan idman ölkəsi kimi dünyada tanınır. Avropanın çox ciddi maliyyə böhranı keçirdiyi bir zamanda Avropanın tarixində çox əhəmiyyətli yer tuta biləcək oyunların keçirilməsini bu günə qədər inkişaf etmiş çox populyar Avropa ölkələri üzərinə götürmədiyi halda, Azərbaycan qısa müddət bu ağır yükün altına girib Qərb üçün əhəmiyyətli olan bir platformanın yaranmasına öz töhfəsini verirsə, onlar bunu layiqincə qiymətləndirməlidir. Əgər onlar bunu belə qiymətləndirmirsə, tarix buna öz qiymətini verəcək”.

Aktual.az

Xəbər 882 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR