Ölmüş idmançılara cəza kəsildi

Ölmüş idmançılara cəza kəsildi
  • İDMAN

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) hazırda həyatda olmayan iki rusiyalı idmançını yarışlardan kənarlaşdırıb.

Aktual.az report-a istinadən bildirir ki, diskvalifikasiyalılar siyahısına yeniyetmələr arasında Rusiya birinciliyinin dəfələrlə qalib və mükafatçısı Qriqori Generalovla ölkə birinciliyinin mükafatçısı Aleksey Çistov da düşüb.

Generalov 1996-cı ildə intihar edib, Çistov isə 2 il öncə avtomobil qəzasında dünyasını dəyişib. Hər iki mərhum idmançı dopinq qəbulunda günahlandırılıb.
2015-ci il noyabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin müstəqil komissiyası antidopinq qaydalarının sistematik pozulmasına dair məruzə dərc edib. Həmin sənəddə rusiyalı atletlər ittiham olunublar. Bundan 4 gün sonra İAAF Şurası Rusiyanın təşkilatdakı üzvlüyünü qeyri-müəyyən müddətədək dayandırıb. Ardından qurum Ümumrusiya Yüngül Atletika Federasiyasındakı islahatları qiymətləndirəcək Təftiş Komissiyasının yaradıldığını açıqlayıb. İlkin nəticələr martın əvvəllərində Şuranın Böyük Britaniyada keçiriləcək iclasında açıqlanacaq. Rusiyalı idmançılar hələlik beynəlxalq yarışlarda, o cümlədən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edə bilməzlər.

Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR