Ölkəyə maşın idxalı kəskin azaldı

Ölkəyə maşın idxalı kəskin azaldı

Son il yarımda avtomobil idxalı ilə bağlı tətbiq edilən bir sıra sərt metodlar artıq öz bəhrəsini verməkdədir və ölkəyə gətirilən avtomobillərin sayı get-gedə azalır. 

Aktual.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin 6 ayında ölkəyə gətirilən avtomobillərin cayı 17.640 ədəd olub. Bunun 15.745 ədədi minik avtomobili, 1.126 ədədi yük avtomobili, 590 ədədi avtobus, yerdə qalanı isə digər kateqoriyadan olan maşınlardır. “Caspian Barel”in proqnozuna görə, cari ildə ölkəyə ümumi avtomobil idxalı ən yaxşı halda 34 min ədəd təşkil edə bilər ki, bu da ötən ilki göstəricilərlə müqayisədə 46 faiz azalma deməkdir: 

“Artıq SOCAR Bakıda sıxılmış qaz doldurma stansiyası istifadəyə verib və yeniləri də tikilməkdədir. İlk Avropa Oyunları zamanı Bakıya gətirilən avtobuslar da məhz sıxılmış qazla işləyir. Bu prosesə artıq start verilib. Nəticəsi isə onunla yekunlaşmalıdır ki, SOCAR ictimai nəqliyyatda, kommersiya nəqliyyatında çox böyük həcmdə istifadə olunan dizel yanacağını sonradan sıxılmış qazla əvəz etmək imkanına malik olacaq və Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernizasiya işləri başa çatana qədər yüksək keyfiyyətli (Avro-5) yanacaq istehsal etmək imkanı qazanacaq. Ölkənin daxili tələbatını ödəyəndən sonra həmin yanacağı iri həcmdə (ildə 2 milyon tondan artıq) Avropa bazarına ixrac etməklə stabil gəlir mənbəyi əldə etmiş olacaq”, - “Caspian Barel”in proqnozunda qeyd edilir. 

Qeyd edək ki, ötən ilin 6 ayı ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayı 48,7 faiz azalıb. 

Xəbər 668 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR