FHN-dən İmişlidəki yanğınla bağlı açıqlama

FHN-dən İmişlidəki yanğınla bağlı açıqlama

İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib.

Aktual.az-ın Report-a istinadən məlumatına görə, hadisə anbarların birində qeydə alınıb.

Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.

Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından da yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, yanğınla bağlı xəstəxanaya müraciət daxil olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Yanğın hadisəsi İmişli Şəkər Zavodunun təmir işləri icra edilən boş anbar ərazisində baş verib.

Bu barədə FHN-in açıqlamasında qeyd olunub.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisəyə operativ müdaxilə edərək yanğını qısa müddətdə söndürüblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Zavodda saxlanılan şəkər ehtiyatlarına hər hansı zərər dəyməyib.


Xəbər 111 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR