Azad edilmiş ərazilərdə daha 237 mina, 1436 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 237 mina, 1436 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (21.09.2026-27.09.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Aktual.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 208 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 1436 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1385,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Xəbər 54 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR