Lionel Messinin "İnter Mayami"dən sonra çıxış etmək istədiyi klub bəlli olub

Lionel Messinin
  • İDMAN

Argentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi karyerasını ölkəsində davam etdirə bilər.
Aktual.az  "El Nacional" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu 2025-ci ilin yayında "Nyuells Old Boyz”a keçəcək.
Forvard MLS təmsilçisi ilə müqaviləni yeniləməmək qərarına gəlib. Təcrübəli oyunçu vətənində çıxış etmək arzusundadır.
Qeyd edək ki, Lionel Messi 1995-2000-ci illərdə "Nyuells Old Boyz”un aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. O, 2000-ci ildə "Barselona" akademiyasına məhz bu klubdan keçib.

Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR