Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək

Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 5-də ATƏT-in baş katibi Tomas Qreminqerlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.

"Report”un məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
"ATƏT-in baş katibi Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskvada olacaq”, – M.Zaxarova deyib.
Onun sözlərinə görə, S.Lavrovla T.Qreminqer Donbass, Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin həllində ATƏT-in rolunu və digər məsələləri müzakirə edəcəklər.
 
Aktual.az
Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR