ÇL: "Bavariya" və "Real"dan növbəti qələbə

ÇL:
  • İDMAN

UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna bu gün start verilib.
Aktual.az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray” Danimarkada "Kopenhagen”in qonağı olub. İstanbul klubu növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməli idi, lakin məğlub olan "Qalatasaray" Çempionlar Liqası ilə vidalaşıb.
Qeyd edək ki, bu qruplarda "Bavariya”, "Arsenal”, PSV, "Real”, "İnter” və "Real Sosyedad” növbəti mərhələyə vəsiqəni öncədən təmin ediblər.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
12 dekabr
A qrupu

00:00. "Mançester Yunayted” (İngiltərə) 0 – 1 "Bavariya” (Almaniya)
00:00. "Kopenhagen” (Danimarka) 1 – 0 "Qalatasaray” (Türkiyə)
Xal durumu: "Bavariya” – 16, "Kopenhagen” – 8, "Qalatasaray” – 5, "Mançester Yunayted” - 4.
B qrupu
21:45. "Lans” (Fransa) 2 – 1 "Sevilya” (İspaniya)
21:45. PSV (Niderland) 1 – 1 "Arsenal” (İngiltərə)
Xal durumu: "Arsenal” – 13, PSV – 9, "Lans” – 8, "Sevilya” - 2.
C qrupu
00:00. "Napoli” (İtaliya) 2 – 0 "Braqa” (Portuqaliya)
00:00. "Union” (Berlin, Almaniya) 2 – 3 "Real” (İspaniya)
Xal durumu: "Real” – 18, "Napoli” – 10, "Braqa” – 4, "Union” - 2.
D qrupu
00:00. "İnter” (İtaliya) 0 – 0 "Real Sosyedad” (İspaniya)
00:00. "Zaltsburq” (Avstriya) 1 – 3 "Benfika” (Portuqaliya)
Xal durumu: "Real Sosyedad” – 12, "İnter” – 12, "Benfika” - 4, "Zaltsburq” – 4.
Xəbər 134 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR