Bir neçə Avropa ölkəsi Ukraynaya "Patriot" zenit-raket kompleksləri üçün tutucu raketlər göndərməkdən imtina edib. Bu raketlər olmadan Kiyevin hava hücumundan müdafiə (HHM) sistemi paytaxtın müdafiəsini tam təmin edə bilmir.
Aktual.az bu barədə Oxu.az-a istinadən xəbər verir ki, bu məlumatı "The Washington Post" (WP) qəzeti yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın Administrasiyası 2026-cı ilin əvvəllərində bəzi Avropa dövlətlərini Kiyevə "Patriot" raketləri verməyə təşviq etməyə çalışıb, lakin rədd cavabı alıb. Nəşr qeyd edir ki, Avropa ölkələri öz müdafiə qabiliyyətlərinin zəifləməsindən ehtiyatlanırlar.
"Hazırda tutucu raketlərimiz yoxdur və yaxın aylarda onları böyük miqdarda tapmağın mümkün olacağına inanmıram", - deyə ukraynalı rəsmi nəşrə danışıb.
Nəzərə çatdırılır ki, avqustun 5-də Ukrayna qüvvələri Kiyev istiqamətində atılan heç bir raketi vura bilməyib. Sonradan Volodimir Zelenski bildirib ki, Ukraynanın HHM sisteminin zəifliyi tutucu raketlərin çatışmazlığı ilə bağlıdır. Zelenski müntəzəm olaraq Qərbdən yeni hava hücumundan müdafiə sistemləri və onlar üçün tutucu-raketlərin tədarükünü xahiş edir. Bu yaxınlarda "Axios" portalına verdiyi müsahibədə o, ABŞ Prezidenti Donald Trampdan qışa qədər Ukraynaya "Patriot" ZRK üçün 300 tutucu raket verməsini istədiyini deyib.
Ağ Evdə jurnalistlərlə görüşündə isə Tramp ABŞ-nin da bu raketlərə ehtiyacı olduğunu açıqlayıb.
Xəbər 40 dəfə oxunub.