FHN-in "112” qaynar telefon xəttinə gecə saatlarında 1 nəfərin Uzunoba Su Anbarını qidalandıran kanalda batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Bu barədə Aktual.az Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində kanalda batma təhlükəsində olan vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.
Xəbər 43 dəfə oxunub.