Karantin rejimi nə vaxt ləğv olunacaq? - AÇIQLAMA

Karantin rejimi nə vaxt ləğv olunacaq? - AÇIQLAMA

Azərbaycanda gündəlik yoluxmaların və ölənlərin sayında azalma dinamikası davam edir. Belə ki, yanvarın 4-də 152 nəfər yoluxub, 3 nəfər isə ölüb. Yoluxanların sayındakı mövcud azalma dinamikasının davam etməsi müxtəlif iddiaları ortaya çıxarır. Belə ki, bu gün səsləndirilən fikirlərdən biri də may ayına qədər Azərbaycanda karantin rejiminin ləğv edilməsidir.

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, gündəlik yoluxanların sayındakı azalma bir daha sübut edir ki, insanlarımız Operativ Qərargah tərəfindən qoyulan qaydalara əməl edirlər. Düzdür, yaz-yay aylarında koronavirusun 3-cü dalğasının olacağı ilə bağlı fikirlər səsləndirənlər də var. Amma düşünürəm ki, yaz-yay aylarında Azərbaycanda koronavirusun 3-cü dalğası gözlənilmir.

Çünki yanvarın 18-dən vaksinasiya başlayıb. İnsanlar da artıq karantin qaydalarına əməl edir və istər qapalı məkanlarda, istərsə də açıq havada maskadan istifadə edirlər. Ona görə də yoluxma sayının yenidən artması inandırıcı deyil. Sevindirici haldır ki, insanlar artıq Operativ Qərargahın tövsiyələrinə əməl edirlər. Düşünürəm ki, biz yay aylarında artıq normal həyatımıza geri qayıdacağıq. Düzdür, koronavirus heç bir zaman bitməyəcək, çünki bu, daim davam edən xəstəlikdir. Lakin gündəlik yoluxma da əvvəlki kimi deyil, 3-5 arası olacaq. Ona görə də düşünürəm ki, artıq may və iyun aylarında qaydalar saxlanılmaqla karantin rejimi ləğv ediləcək və normal həyatımıza qayıda biləcəyik".
Xəbər 1019 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR