Prezident nazirə 3 yeni müavin təyin etdi (SƏRƏNCAM)

Prezident nazirə 3 yeni müavin təyin etdi (SƏRƏNCAM)

Səhiyyə naziri Teymur Musayevə 3 yeni müavin təyin olunub.

Səhiyyə Nazirliyindən Aktual.az-a verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti müvafiq sərəncamlar imzalayıb. 

3 fevral 2022-ci il tarixli sərəncamlarla İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.

Dövlət başçısının digər sərəncamları ilə Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad olunublar.
Xəbər 1057 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR